Bakıda nömrəsiz mikroavtobuslar (VİDEO)

Bakıda nömrəsiz mikroavtobuslar (VİDEO)
05:13 15 Oktyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Metronun ''Əhmədli'' stansiyası yaxınlığından Xəzər Əhmədliyə sərnişin daşıyan mikroavtobusların üzərində nömrə yoxdur.

Sürücülər iddia edirlər ki, onlar sərnişinlərin razılığı ilə taksi kimi fəaliyyət göstərirlər. Bəs görəsən bu iddia nə dərəcədə doğrudur və yanlız sərnişinlərin razılığı ilə bu cür xidmət göstərmək olarmı?

Bakı Nəqliyyat Agentliyindən bildirilir ki, oturacaqların sayı maksimum 8+1 olan avtomobillər taksi fəaliyyətində istifadə edilə bilər. Oturacaqların sayı bu rəqəmdən artıqdırsa, belə fəaliyyət qanunsuzdur. Agentlik tərəfindən bu fakt araşdırılacaq və müvafiq tədbirlər görüləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/172236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR