Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə FETÖ işi ilə bağlı 2 hakim və 1 prokuror həbs edilib

Türkiyədə FETÖ işi ilə bağlı 2 hakim və 1 prokuror həbs edilib

Date: 15 October 2016 05:42

Bakı. 15 oktyabr. REPORT.AZ/ Türkiyənin Van vilayətində Fətullahçı terror təşkilatı - FETÖ işi ilə bağlı aparılan istintaq prosesi çərçivəsində 2 hakim və 1 prokuror həbs edilib.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Van Cümhuriyyət Baş Prokurorluğunda FETÖ işi ilə bağlı təhqiqatı çərçivəsində, habelə Van Van Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsi tərəfindən şübhəli şəxs kimi saxlanılan 4 nəfərin işi məhkəməyə göndərilib. Onlardan 3-ü – 2 hakim və 1 prokuror həbs edilib.
Bir nəfər isə şərti azadlığa buraxılıb.

Tags:  Türkiyədə FETÖ işi bağlı hakim prokuror həbs edilib

RƏYLƏR


Top news