Ətlə lavaş piroqu - FOTO

Ətlə lavaş piroqu - FOTO
07:05 15 Oktyabr 2016
297 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az ətlə lavaş piroqunun hazırlanma qaydasını təqdim edir

Mətbəx sirləri: Basbusa

Tərkibi: 

1 bağlama nazik lavaş 
250-300 q qiymə 
1 soğan
2-3 yumurta
ketçup 
xama və ya mayonez 
duz
istiot
ədviyyat
pendir

Qiyməni kotlet üçün hazırladığınız qaydada doğranmış soğan, duz-istiotla qarışdırın. Sonra lavaşların üzərinə nazik, bərabər qat çəkib 10-15 dəqiqə saxlayın. Bu müddətdə lavaş qiymənin şirəsini hopduracaq və daha elastik olacaq, bükəndə də cırılmayacaq. Lavaşları səliqəylə rulet kimi bükün. 
Formanı yağlayıb ruletləri spiral kimi, yaxud yanaşı düzün (formanın ölçüsü və formasından asılıdır). 
Yumurta, xama (mayonez), ketçup və ədviyyatı qarışdırın, duz vurun.  Bunu lavaş ruletlərinin üzərinə bərabər qaydada tökün. Bu sous ruletləri tam örtməli, hətta 1-2 sm üzərinə çıxmalıdır.  Çobada 30 dəqiqə bişirin. Hazır olmamışdan 5-10 dəqiqə əvvəl üzərinə sürtgəcdən keçirilmiş pendir səpin. 

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 




Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/478476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR