“Google” unikal şirkət aldı

“Google” unikal şirkət aldı
07:32 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Google" korporasiyası sosial şəbəkələrin məlumatlarını təhlil edə biləcək platformanı - "Famebit" proqramını aldığını açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunun sayəsində "YouTube" kreatorları ilə brendlər əlaqələr yarada, holdinqlər isə öz məlumatlarını populyarlaşdırmaq üçün aktual kanallar seçə biləcəklər.

"Google" şirkətin Məhsulların idarə edilməsi bölməsinin rəhbər köməkçisi Ariel Bardin bildirib ki, WSJ, "Famebit" platformaları "YouTube" video hostinqində kontent yaradan istifadəçilərə brendlərlə əməkdaşlığı yaxşılaşdırmağa xeyli kömək edəcək. Həmçinin bu, şirkətin gəlirlərində özünü göstərəcək.

Yeri gəlmişkən, internet vasitəsilə şirkətlər istifadəçiləri öz məhsulları barədə xəbərdar edə biləcək kanallar tapa biləcəklər. Hazırda "Famebit" "DeNA", "Science", "Third Wave Digital" kimi investorlardan 1,5 milyon dollar gəlir əldə edə bilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/479286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR