Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Yəməndə partlayış: 5 ölü, 10 yaralı

Yəməndə partlayış: 5 ölü, 10 yaralı

Britaniyada güclü partlayış: 15 yaralı (26 Mart 2017 03:59)
Azərbaycanda bayram gecəsi partlayış: 3 yaralı (23 Mart 2017 18:54)
Yəməndə bazar bombalandı: 16 ölü,10 yaralı (11 Mart 2017 00:24)

Tarix: 15 Oktyabr 2016 07:39

Yəmənin Marib şəhərində yas mərasimi zalında partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 5 nəfər ölüb, azı 10 nəfər yaralanıb.

 

Məlumata görə, mərasimdə əldəqayırma partlayıcı qurğu işə salınıb.

 

Qeyd olunur ki, partlayış hərbi komandirlərindən birinin dəfn mərasimində törədilib.

 

İnsidentə görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Qeyd edək ki, Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə davam edir.


Teqlər:  Yəməndə partlayış ölü 10 yaralı



RƏYLƏR


Top xəbərlər