Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Apple” müştərilərin telefonlarından şəkillərini oğurlayıb

“Apple” müştərilərin telefonlarından şəkillərini oğurlayıb

Apple launches Support App for iPhone and iPad users (10 November 2016 12:34)

Date: 15 October 2016 07:42

Avstraliyanın Brisben şəhərindəki mağazaların birində "Apple" şirkətinin əməkdaşları müştərilərin telefonlarından şəxsi şəkillərini oğurlayıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, onlar həmçinin gizlincə alıcıların və qadın həmkarlarının şəkillərini çəkiblər.

Nəşrin məlumatına görə, bu şəkillər sonradan Kainslend şəhərindəki digər mağazaların əməkdaşlarına şəkildə çəkilən qadınların fiqurlarının qiymətləndirilməsi üçün göndərilib.

İddia edilir ki, yaranmış qalmaqal səbəbindən kişi cinsindən olan 4 əməkdaş işdən çıxarılıb və vəziyyətin yumşaldılması üçün kadrlar üzrə xarici mütəxəssis cəlb olunub.

"Apple"dən isə bildiriblər ki, hazırda araşdırma aparılır və mağazanın bir neçə əməkdaşı əldə olunan məlumatlara əsasən işdən azad olunub. "The Guardian" yazır ki, şirkət ziyan görənlər arasında müştərilərin olduğu barədə məlumatları inkar edir.

Milli.Az


Tags:  Apple müştərilərin telefonlarından şəkillərini oğurlayıb



RƏYLƏR


Top news