Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Maştağada tanışlar arasında dava: bıçaqlanan var

Maştağada tanışlar arasında dava: bıçaqlanan var

Date: 15 October 2016 07:47

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 1992-ci il təvəllüdlü Ələsgərov Qəzənfər Elxan oğlu tanışı ilə birlikdə kafedə yeyib-içdikdən sonra mübahisə edib. Mübahisə davaya çevrilib və Qəzənfər döş qəfəsindən bıçaq zərbəsi alıb.
 
Yaralı dərhal təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. O əməliyyat olunub. Q.Ələsgərovun vəziyyəti orta ağır kimi qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  Maştağada tanışlar arasında dava bıçaqlanan var

RƏYLƏR


Top news