Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məhkəmə bəraət alan qadının barəsində prokurorun verdiyi protesti təmin etməyib

Məhkəmə bəraət alan qadının barəsində prokurorun verdiyi protesti təmin etməyib

Date: 15 October 2016 07:47

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Aynurə Şahnəzər qızı Aslanovanın barəsində olan hökmdən zərərçəkmiş Ziyadə Paşayevanın verdiyi apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un məlumatına görə, hakim Qədim Babayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmişin apellyasiya şikayəti və prokurorun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin A.Aslanova barəsində çıxardığı bəraət hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, A.Aslanova Ziyadə Yusif qızı Paşayevaya qarşı xuliqanlıq etməkdə təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham olunub.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə A.Aslanova barəsidə bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxlıb. Hökmdən narazı qalan zərərçəkmiş şəxs Z.Paşayeva apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, A.Aslanovanın cəzalanmasını istəyib.

Tags:  Məhkəmə bəraət alan qadının barəsində prokurorun verdiyi protesti təmin etməyib

RƏYLƏR


Top news