Meksikada arxeoloqlar Çin farforunun qədim məmulatlarını aşkar ediblər

Meksikada arxeoloqlar Çin farforunun qədim məmulatlarını aşkar ediblər
07:52 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Meksika arxeoloqları Akapulko liman şəhəri sahilində Çin farforundan 400 illik minlərlə məmulatlarının qalıqlarını aşkar ediblər.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" Meksikanın Antropologiya və Tarix üzrə Milli İnstitutuna istinadən məlumat yayıb.
Məlumata görə, arxeoloji qazıntıların gedişatında tapılmış qab-qacaqların qalıqları təxminən 16-17 əsrə aiddir.
Bu onlara izah olunur ki, o vaxtlar Maniladan gələn gəmilər birinci Akapulko limanına çatırdı. Gəmilər başqa malların arasında həmçinin Çin farforunu da çatdırırdılar.
İnstitutun Sualtı Arxeologiya Departamentinin tədqiqatçısı Roberto Xunkonun sözlərinə görə, aşkar edilmiş tapıntılar imperator Vanlinin dövründə istehsal edilib.
Tapıntıları tədqiq edən arxeoloq bu qənaətə gəlib ki, onlar Fuçzyan əyalətinin Çjançjou şəhərinin ərazisində, həmçinin "farforun paytaxtı" adlandırılan Çzindeçjen şəhərində istehsal edilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/maraqli/meksikada-arxeoloqlar-cin-farforunun-qedim-memulatlarini-askar-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR