Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Hakerlər Rusiyada bir ildə 5,5 milyon dollar oğurlayıblar

Hakerlər Rusiyada bir ildə 5,5 milyon dollar oğurlayıblar

Date: 15 October 2016 07:57

Bu il Rusiyada hakerlər bank hesablarından 348,6 milyon rubl (5 542 740 dollar) oğurlayıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə informasiya təhlükəsizliyi ilə məşğul olan "Group-İB" şirkətinin hesabatında deyilir.

Bu rəqəmi 2014-cü illə müqayisə etsək, qarət olunan vəsaitin həcmi 471 faiz artıb. Hakerlər gündəlik olaraq 350 "Android" istifadəçilərinin cihazlarına hücumlar təşkil edirlər.  

Troyan proqramlar cihazlara virusa yoluxmuş saytlar, saxta mobil əlavələr vasitəsilə asanlıqla keçirlər. Sındırılmış sayta daxil olduqdan sonra virus görünmədən virusa yoluxmuş əlavəni yükləyir. Bundan sonra çox güman ki, smartfon sahibinin pulları qarətçinin hesabına köçürülür.

Şirkətdə hesab edirlər ki, gələcəkdə hakerlər üç dəfə çox zərərverici əlavələr yaymağa başlayacaqlar. Virus hücumundan yayınmaq üçün istifadəçi öz cihazında təhlükəsizlik tədbirlərini gücləndirməlidir.

Milli.Az


Tags:  Hakerlər Rusiyada ildə milyon dollar oğurlayıblar


RƏYLƏR


Top news