Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sinay yarımadasında 12 hərbçi öldürülüb

Sinay yarımadasında 12 hərbçi öldürülüb

Date: 15 October 2016 08:12

Misirin Sinay yarımadasında silahlıların hücumu nəticəsində 12 hərbçi ölüb, 6-sı yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, terrorçular Əl Əriş şəhəri yaxınlığında yerləşən blok-posta hücum ediblər.
 
Məlumata görə, döyüş zamanı 15 terrorçu məhv edilib. İnsidentə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
 
Qeyd edək ki, oktyabrın 1-də Sinay yarımadasının Əl-Əriş şəhərində dövlət enerji şirkətinə məxsus avtomobil minaya düşərək partlayıb. Nəticədə 3 nəfər hadisə yerində, daha 1-i xəstəxanada ölüb. Partlayışın İŞİD terror qruplaşmasının tərəfindən törədildiyi bildirilir.

Milli.Az


Tags:  Sinay yarımadasında 12 hərbçi öldürülüb

RƏYLƏR


Top news