Yeni tədqiqatlara görə, ağ çörək və düyü məmulatlarından istifadə edən yaşlı qadınlarda depressiya riski artır. Bunun ən əsas səbəbi isə, həmin məhsulların tərkibində olan maddələrdir. Həmin maddələr bədəndə olan hormonal dəyişiklərə gətirib çıxarır. Nəticədə isə, qanda şəkərin səviyyəsi azalır. Bu hal nəticəsində orqanizimdə olan depressiya simptomları canlanmağa başlayır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Amerika Klinik Qida jurnalında dərc olunmuş tədqiqata görə, bu prosesin qarşısı alınmasa, çox pis nəticələr əldə ediləcəkdir. Araşdırmalar nəticəsində bəlli olmuşdur ki, Böyük Britaniyada hər 10 qadından 3-ü məhz bu proses səbəbindən depressiyaya düşür. Bu isə, olduqca böyük rəqəmdir.
Araşdırma heyəti bu mövzu ətrafında çıxış yollarını müzakirə ediblər. Nəticədə isə, ən yaxşı yol kimi "tərəvəz pəhrizi" seçilib. Bu pəhriz zamanı çörəkdən imtina edilir. Tərəvəz məhsullarının bol-bol istifadəsi nəticəsində isə, qanda olan şəkərin miqdarı artmağa başlayır.
Gəkəcək nəsillərdə bu kimi problemləri aradan qaldırmaq üçün daha fərqli və səmərəli çıxış yolları axtarılmalıdır, çünki mənfi əhval-ruhiyyəli insanlar həyatda uğurlu nəticələr əldə edə bilməzlər.
Milli.Az