Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bayden: “ABŞ Rusiyanın hücumlarını cavabsız qoymayacaq”

Bayden: “ABŞ Rusiyanın hücumlarını cavabsız qoymayacaq”

Date: 15 October 2016 08:22

ABŞ Rusiyanın kiber hücumlarını cavabsız qoymayacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Co Bayden NBC telekanalına müsahibəsində bəyan edib.
 
"Biz istənilən kiber hücumlara müvafiq cavab verməyə qadirik. Onlar bunu gözəl bilirlər. Seçdiyimiz vaxtda, lazımi üsulla bunu həyata keçirəcəyik. Rusiyanın ABŞ-da prezident seçkilərinə təsir etmək imkanı yoxdur", deyə C.Bayden bildirib.
 
Qeyd edək ki, ötən həftə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Rusiyanı seçkilərin nəticələrinə təsir etmək məqsədilə kiber hücumlardan istifadə etməkdə ittiham edib.

Milli.Az


Tags:  Bayden ABŞ Rusiyanın hücumlarını cavabsız qoymayacaq

RƏYLƏR


Top news