2026-cı ilin dünya çempionatı Avropa və Asiyada keçirilməyəcək

2026-cı ilin dünya çempionatı Avropa və Asiyada keçirilməyəcək
08:32 15 Oktyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Federasiyası (FİFA) Şurasının Sürixdə keçirilən toplantısında 2026-cı ilin dünya çempionatının keçirilməsi üçün ərizələrin qəbulu prinsipi təsdiqlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ərizələr 2018 və 2022-ci il mundiallarına ev sahibliyi etmiş ölkələrdən - Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Asiya Futbol Konfederasiyası (AFK) üzvlərindən qəbul edilməyəcək.
 
Avropa ölkələri dünya birinciliyinin keçirilməsinə yalnız o vaxt iddia edə bilərlər ki, digər qitələrdən olan namizədlər texniki və makiyyə tələblərə cavab verməsinlər.
 
Bununla yanaşı, çempionatın bir neçə ölkə tərəfindən birgə keçirilməsi üçün heç bir məhdudiyyət yoxdur.
 
2026-cı ilin dünya çempionatına ev sahibliyi üçün əsas namizəd ABŞ hesab edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR