İran Lozanna görüşündə iştirakını təsdiqlədi - YENİLƏNİB

İran Lozanna görüşündə iştirakını təsdiqlədi - YENİLƏNİB
08:47 15 Oktyabr 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

08:43

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif  İsveçrədə Suriyaya dair görüşdə iştirak edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu İran XİN-in sözçüsü Bəhram Qasimi bəyan edib.
 
"Xarici işlər naziri Məhəmməd Cavad Zərif  Suriya ilə bağlı beynəlxalq konfransda iştirak etmək üçün Lozannaya səfər edəcək", deyə B.Qasımi bildirib.
 
Qeyd edək ki, oktyabrın 15-də, Lozanna şəhərində keçiriləcək Suriya üzrə toplantıda ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı daxil olmaqla bir sıra region ölkələri, həmçinin BMT baş katibinin xüsusi elçisi iştirak edəcək.
 
00:13
 
İranın nümayəndə heyəti oktyabrın 15-də Lozannada keçiriləcək Suriya böhranı üzrə çoxtərəfli danışıqlara qatılacaq.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalına İran XİN-dəki mənbə bildirib.
 
Onun sözlərinə görə, Misir və İraq danışıqlarda iştiraklarını təsdiq etdikdən sonra İran da görüşə qatılmağa qərar verib. İnformasiya hələ ki, öz rəsmi təsdiqini tapmayıb.
 
Bundan əvvəl "Tasnim" agentliyi hökumətdəki mənbəyə istinadən İranın Lozanna görüşündə iştirak etməyəcəyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR