Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Acılı yeyən insanlar daha uzun ömür yaşayır

Acılı yeyən insanlar daha uzun ömür yaşayır

Date: 15 October 2016 08:57

Beynəlxalq alimlərdən ibarət bir qrupun Çində yaşayan, təxminən 500 min nəfər ilə apardığı araşdırmaya görə, hər gün acılı (istiotlu) yeməklər yeyənlər digərlərinə nisbətən daha uzun ömür yaşayırlar.

Tədqiqat qrupunun 7 il ərzində hazırladığı elmi-tədqiqat işi British Medical Journal (BMJ) jurnalında dərc olunub. Yazıda, acılı sevənlərin araşdırma zamanı daha az ölüm təhlükəsilə üzləşdiyi qeyd olunub.
Acı bibərin acı olmasını təmin edən "Kapsaisin"in krebs hüceyrələrinin yaranmasına mane olduğunu deyən tədqiqatçılar ürək qan dövranı xəstəlikləri, xərçəng və tənəffüs yolu xəstəliklərinə bağlı ölüm risklərinin, acı sevənlərdə digərlərinə nisbətən 14 faiz daha az göründüyünü bildirirlər.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ədviyyatın antibakteriyel xüsusiyyətinə diqqəti çəkən tədqiqatçılar, araşdırmada iştirak edənlərdə hər hansı bir infeksiya səbəbilə həyatını itirənlərin sayının həddən az olduğunu yazıblar.
Araşdırma Çinin müxtəlif şəhərlərində yaşayan 500 min nəfər arasında aparılıb. Bu insanlar davamlı olaraq mərkəzə qidalanma formaları barədə məlumat ötürüblər. Yeddi il davam edən tədqiqatlar zamanı ümumilikdə 22224 nəfər həyatını itirib. Araşdırmaya qatılanların 57 faizi təxminən həftədə bir acılı yeməsinə baxmayaraq, 31 faizi həftədə altı-yeddi gün acılı yemək yeyiblər. Qalan 12 faiz insan isə həftədə 1-2 və ya 3-5 dəfə acılı yeməklər istehlak ediblər. Araşdırmada nüxtəlif acılı qırmızı bibər növləri, yeməklərdə ədviyyat olaraq istifadə olunub.
Acılı yeyən kişi və qadınlar arasında ölüm təhlükəsinin eyni nisbətdə olduğu da tədqiqat nəticəsindən müəyyən olunub. Ancaq spirt istifadə edənlərin digərlərinə nisbətən daha gücsüz olduqları da tədqiqatda qeyd olunub.

Milli.Az


Tags:  Acılı yeyən insanlar uzun ömür yaşayır

RƏYLƏR


Top news