Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səfir: "Böyük Britaniya Azərbaycanda ən iri investor kimi qalmağı planlaşdırır"

Səfir: "Böyük Britaniya Azərbaycanda ən iri investor kimi qalmağı planlaşdırır"

Date: 15 October 2016 09:05

Böyük Britaniya hazırda Azərbaycanda ən iri xarici investordur və bu mövqeyini qoruyub saxlamaq niyyətindədir.

Milli.Az bildirir ki, bunu Trend-ə Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələr hazırda həmişəkindən daha güclüdür: "Britaniya azərbaycanlı turistlər üçün əsas istiqamət olaraq qalır, axı ingilis dili təkcə ticarət dili deyil, həm də akademik, araşdırma, texnologiya və inkişaf dilidir".

Səfir bildirib ki, Böyük Britaniyanın bir sıra nümayəndə heyəti yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətindədirlər, lakin təfərrüatlar hələ yoxdur. O, həmçinin əlavə edib ki, gələn ilin əvvəlində Azərbaycanla Böyük Britaniya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasının keçirilməsi planlaşdırılıb.

Milli.Az


Tags:  Səfir Böyük Britaniya Azərbaycanda iri investor qalmağı planlaşdırır

RƏYLƏR


Top news