Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Liderlərin məğlubiyyətsizlik savaşı

Liderlərin məğlubiyyətsizlik savaşı

Date: 15 October 2016 09:12

Azərbaycan Premyer Liqasında 12 günlük fasilə başa çatır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün çempionatda II dövrəyə start veriləcək.

VIII turun ilk oyun günündə 2 qarşılaşma baş tutacaq ki, hər ikisi paytaxt Bakıda oynanılacaq.
 
Təbii ki, əsas diqqətlər "İnter Arena"dakı görüşə yönələcək. Çünki turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan "İnter"lə "Qəbələ" münasibətlərinə aydınlıq gətirəcəklər. Bu oyunda bir neçə seriyanın qırılması istisna deyil. Belə ki, hər hansı bir komandanın qələbəsi digərinin cari mövsümdəki ilk yenilgisi olacaq. Ardıcıl 5 turdu qələbələri sıralayan və hələ də qapısının toxunulmazlığını qorumağı bacaran "Qəbələ" həm bu seriyaları davam etdirmək, həm də liderliyini möhkəmlətmək əzmindədi. 5 oyundu meydanı qolsuz tərk etməyən "bankirlər" isə qələbə qazanaraq, liderlə aradakı xal fərqini minimuma endirməyə çalışacaq.
 
Cari mövsüm "Azərsun Arena"da ilk oyununa çıxacaq "Qarabağ" "Sumqayıt"ı sınağa çəkəcək. Ağdam təmsilçisi "Qəbələ"nin "İnter" səfərində xal itirmək perspektivini nəzərə alaraq, liderə yaxınlaşmaq üçün mütləq qalib gəlməlidi. Maraqlıdı ki, Qurban Qurbanovun komandası bu gün 2 oyunluq qələbəsizlik seriyasına son qoymaq barədə düşünürsə, "Sumqayıt" son 2 turda olduğu kimi, yenə meydanı yenilmədən tərk etmək fikrindədi. 
 
Azərbaycan Premyer Liqası
VIII tur
15 oktyabr (şənbə)
 
16:00. "İnter" - "Qəbələ"
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf  Hüseynli
Hakim-inspektor: Füzuli Nəcəfov
"İnter Arena"
I dövrədəki oyun - 0:0
 
18:30. "Qarabağ" - "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Murad Məmmədov
"Azərsun Arena"
I dövrədəki oyun - 2:0

1.

Qəbələ

7

6

1

0

19-0

19

2.

İnter

7

4

3

0

12-7

15

3.

Qarabağ

7

4

1

2

15-5

13

4.

Sumqayıt

7

2

2

3

6-9

8

5.

Kəpəz

7

1

4

2

6-8

7

6.

Zirə

7

2

1

4

5-9

7

7.

Neftçi

7

2

0

5

6-16

6

8.

AZAL

7

0

2

5

3-18

2

Bombardir: Baqali Dabo ("Qəbələ") - 7.

Milli.Az


Tags:  Liderlərin məğlubiyyətsizlik savaşı

RƏYLƏR


Top news