Məşhur modelin evinə hücum: mühafizəçi gözündən, quldur başından vuruldu - FOTO

Məşhur modelin evinə hücum: mühafizəçi gözündən, quldur başından vuruldu - FOTO
09:17 15 Oktyabr 2016
76 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur modellərindən biri, 33 yaşlı avstraliyalı Miranda Kerrin Malibudakı (Los-Anceles, ABŞ) villasında atışma olub. Dünən naməlum şəxs modelin malikanəsinə soxulmağa cəhd göstərib. Mühafizəçilərdən biri bunu görüb və bədəməlin qarşısını almağa çalışıb.

Milli.Az NBC-yə istinadən bildirir ki, quldur ələ keçəcəyini anlayaraq mühafizəçini vurmağa başlayıb. Az sonra isə o, əlindəki bıçaqla mühafizəçinin gözündən vurub.

Ağır yaralı mühafizəçi tapançasını çıxararaq quldura bir neçə dəfə atəş açıb. Los-Anceles Polis Departamentindən verilən məlumata görə, quldur sinəsindən, belindən və başından 4 güllə yarası alıb.

Mühafizəçi polis çağırıb. Bir qədər keçəndən sonra hadisə yerinə təcili yardım briqadaları gəlib. Yaralı mühafizəçi və quldur hospitala aparılıb. Quldurun reanimasiya bölməsində kritik durumda olduğu deyilir.

Bu şəxsin çılğın fanat, yaxud Miranda Kerri qarət etmək istəyən cinayətkar olduğu bəlli deyil.

Dünyada ən çox qazanan modellərdən olan Miranda Kerr ən gənc milyarder, Snapchat servisinin banisi Evan Şpigellə nişanlanıb.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479555.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR