Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazarov oynamadı, komandası əzmkar qələbə qazandı

Nazarov oynamadı, komandası əzmkar qələbə qazandı

Date: 15 October 2016 09:42

Almaniya II Bundesliqasında IX turun oyunları davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" də növbəti matçını keçirib.

Sözügedən klub səfərdə "Sent Pauli" ilə qarşılaşıb. Oyunun gedişatında hesabda geri düşən qonaqlar əzmkarlıq göstərərək əvvəlcə hesabı bərabərləşdirməyə, son dəqiqədə isə qələbə qolunu vurmağa nail ola bilib.
 
Milli oyunçunun adı bu görüşün iştirak ərizəsinə salınmayıb.
 
Qeyd edək ki, 9 turdan sonra aktivində 10 xal olan "Aue" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Milli.Az


Tags:  Nazarov oynamadı komandası əzmkar qələbə qazandı

RƏYLƏR


Top news