15 OKTYABR

15 OKTYABR
10:03 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

2002-ci il. İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin dövlət başçılarının 7-ci sammiti keçirilib. Prezident Heydər Əliyevin də iştirak etdiyi sammitdə ECO ölkələri (Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan) arasında regional ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzusu olub.

2003-cü il. Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. MSK-nın rəsmi məlumatına görə, ölkə üzrə qeydə alınmış 4,442 milyon seçicinin 71,23 faizi səsvermədə iştirak edib. Seçicilərin 76,84 faizi Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verib.

2008-ci il. Azərbaycanda keçirilən növbəti prezident seçkilərində ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ikinci müddətə prezident seçilib. Rəsmi nəticələrə əsasən, seçkilərdə iştirak edən seçicilərin 88,73 faizi İlham Əliyevə səs verib. Seçkidə ümumilikdə 7 namizəd iştirak edib.

1910-cu il. Görkəmli kinorejissor, Əməkdar İncəsənət Xadimi Hüseyn Seyidzadənin doğum günü (1910-1979). O, Azərbaycan kinosunun incilərindən olan “O olmasın, bu olsun”, “Dəli Kür”, “Qayınana” və digər filmlərini çəkib. Hüseyn Seyidzadə Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifidir.

1814-cü il. Rus şairi Mixail Yuryeviç Lermontovun doğum günü (1814-1841). O, Rusiyanın Qafqazdakı qusar polkunda hərbi xidmət keçib. Həmin illərdə Azərbaycanın bir sıra dağlıq bölgələrini - Şuşa, Quba və Şamaxını gəzib. Təsadüfi deyil ki, onun əsərlərində Qafqaz mövzusu xüsusi yer tutur. Lermontov görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadə ilə dostluq edib. Bakıdakı ölkəşünaslıq muzeyində Mixail Lermontova məxsus qələm və mürəkkəbqabı saxlanılır.

1806-cı il. Bakı xanlığı Rusiyanın tabeliyinə keçib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/172247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR