Hitlerlə bağlı yeni MƏLUMATLAR ÜZƏ ÇIXDI: O, İsayla... – FOTOFAKTLAR

Hitlerlə bağlı yeni MƏLUMATLAR ÜZƏ ÇIXDI: O, İsayla...  – FOTOFAKTLAR
10:08 15 Oktyabr 2016
191 Maraqlı
Ölkə mətbuatı
A- A+

XX əsrin ən qəddar diktatorlarından olmuş Adolf Hilterin həyatı ilə bağlı aparılan araşdırmalar yeni-yeni faktların üzə çıxması, yalanların ifşası ilə nəticələnir. Belə faktlardan biri də baron Adolf-Viktor fon Kerber 1923-cü ildə ilk dəfə olaraq Almaniyanın gələcək rəhbəri Adolf Hitlerin tərcümeyi-halını əks etdirən "Adolf Hitler: Onun həyatı və nitqlər" adlı kitabı ilə bağlıdır. Məsələ burasındadır ki, nəşr fürerin yazdığı “Mein Kampf”a (“Mənim mübarizəm”) kitabına qəribə oxşarlığı ilə seçilir. Alman tarixçisi Tomas Veber "Həyatla və nitqlərlə" bağlı sənədləri tədqiq edərək bu oxşarlığın mahiyyətini açıqlayıb.

Publika.az alman tarixçisinin araşdırmalarına əsasən, kitabda Hitlerlə bağlı faktları təqdim edir:

Kerber gələcək nasist diktatorunun nitqləri əsasında onun ədəbi portretini sadə alman vətəndaşı, "solların hücumlarına" qarşı duran yorulmaz “mütəfəkkir”, şəxsiyyəti "iyirmi ilə tamamilə formalaşmış" kimi təsvir edib.

Kerber Hitlerin baxışlarının əsasını alman ruhunun yəhudi dünyasına qarşı qoyulması kimi qiymətləndirirdi.

Baron onun Birinci Dünya Müharibəsindəki cəsurluğuna heyran olaraq Hitlerin soyuqqanlı, bacarıqlı və cəsurluğunu təcəssüm etdirirdi.

O, habelə 1918-ci ilin noyabrında Pazevalk şəhərinin hospitalında Hitlerin müalicə olunmasını təsvir edərək, nasistlərin gələcək liderini İsayla müqayisə edirdi. Guya xəstəxana daxilində ona ilahi kəşf verilmişdi.

Maraqlıdır ki, Kerberin kitabındakı fikirlər Adolf Hitlerin “Mein Kampf” kitabında öz əməyi barədə yazdıqları bir sıra nüanslarla üst-üstə düşür. Hitler qeyd edirdi ki, sovet respublikasının süqutundan sonra 1919-cu ilin 27 aprelində gələcək diktatorun həbsi cəhdi təbliğat işi idi.

Kerberin kitabı millətçi dairələrdə fürerin ictimai obrazının formalaşmasının başlanğıcı idi. Yaxın vaxtlara qədər hesab edilirdi ki, Hitler “Mein Kampf”da həmin kitabdakı fikirləri köçürüb. Maraqlıdır ki, Kerberin kitabında baş qəhrəmanın uşaqlığı, gənclik illəri haqda məlumat yox idi. Bəziləri hesab edir ki, fürer buna görə özü haqda kitab yazıb.

Məhz buna görə Aberdin universitetinin tarixçisi Tomas Veber Cənubi Afrikadakı arxivdə aşkar edilmiş sənədli şəhadətnamələri öyrənmək qərarına gəldi.

Veber Kerberin Yohannesburq və Vitvatersrandsk universitetlərindəki şəxsi sənədlərini özünün yeni kitabı üçün materialı seçdi. Tarixçi Cənubi Afrikaya yollanıb və sənədləri tədqiq etdikdə başa düşüb ki, bir müddət nasistlərlə əməkdaşlıq edən baronun şəxsiyyəti kitabın həqiqi müəllifi üçün gizli təxəllüs xidməti göstərib. Veber kitabın naşirinin arvadının imzasıyla təsdiq edilmiş sənədini aşkar etdi. Orda qeyd edilib ki, "Adolf Hitler: Onun həyatı və nitqlər" kitabını Kerber yazmayıb. Məlum oldu ki, Kerberdən nəşrə müəllif imzasını qoymasını NSDAP-la əlaqələri olmayan general Ludendorf xahiş edib.

Tarixçi baronun öz məktubunu da tapdı. Məktubda kitabın həqiqi müəllifinin fürerin özü olduğu qeyd edilmişdi. Almaniyaya qayıdan Veber nəhayət 1938-ci ildə başqa bir sənədi aşkarlayır. Baron sənəddə qeyd edib ki, kitab Adolf Hitlerin şəxsi təşəbbüsü və aktiv iştirakı ilə yazılıb.

Tarixçinin sözlərinə görə, kitab 1921-ci ildə fürer tərəfindən partiyanın əsas pul donorlarından birinə göndərilmiş məktuba çox oxşardır. Nəşrdə "müasir Bibliya" olacağı barədə mənasız proqnozlar, eləcə də siyasətə gələcək diktatorla bağlı "müqəddəs", “qurtuluş” terminlərindən istifadə olunur. Tarixçinin fikrincə, bütün bunlar Hitlerin siyasi prosesləri “nə qədər yaxşı” bildiyini göstərir. Deməli o, “Mein Kampf”dan əvvəl özünün birinci rəsmi tərcümeyi-halını yazıb.

Bundan başqa, kitab o zamanlar nasist diktator ambisiyalarına malik olmaması barədə bəzi tarixçilərin fikrini təkzib edir.

Əslində kitabın həqiqi müəllifinin üzə çıxarılması mühüm əhəmiyyətlidir. Məsələ burasındadır ki, bu nəşr milli inqilabı gözləyən alman mühafizəkar dairələrində Hitlerin ictimai obrazının formalaşmasında əsas rolu oynadı. Kerber bu kitaba xüsusi olaraq "müəllif" kimi seçilmişdi.

Bəs Viktor fon Kerber özü kim idi? O, Hitlerdən 2 il əvvəl - 1887-ci ildə doğulmuşdu. O, Birinciyə Dünya Müharibəsində ən yaxşı alman hərbi pilotlarından biri idi. Müharibədən sonra poeziya, dramaturgiya və bədii tənqidlə məşğul olmağa başladı. Onu Hitlerə təqdim edəndə Kerber üç fin qəzetində müxbir işləyirdi. O, hesab edirdi ki, Lyudendorf və Hitler yeni alman konservatizminin atası olacaq və zəiflədilmiş Almaniyaya rahat nəfəs alacaq.

Amma 20-ci illərin oralarında Kerberlə Hitlerin münasibətləri korlandı. Veymar Respublikasının son günlərində jurnalist işləyən orta yaşlı bu adam nasistləri bolşeviklər kimi dünya üçün təhlükə sayırdı.

1938-ci ildə o, öz mənbələrinə istinad edərək Britaniya hərbi attaşesinə bildirdi dünya müharibəsi qaçılmazdır. Büllur “gecə”dən sonra yəhudi mediamaqnatı German Ulşteyni öz mənzilində gizlətdi və sonra ona Böyük Britaniyaya qaçmağa kömək etdi.

1944-cü ilin 20 iyulunda Adolf Hitlerin həyatına sui-qəsd planında iştirak etdi. Bundan sonra gestapo tərəfindən həbsxanadan həbs düşərgəsinə göndərildi.

Müharibədən sonra isə o, Marşal planının reallaşdırmasında və ölkədə demokratiyanın bərpasında müttəfiqlərə kömək etməyə başladı. O, Amerika dövlət katibinin Almaniyada mətbuat katibi işləyirdi.

Baron 50-ci illərdə baron arvadı ilə Avropadan CAR-a getdi və 20 il sonra orda dünyasını dəyişdi.

Bu arada general Ludendorfla da bağlı bir maraqlı faktı təqdim etmək yerinə düşür. 1933-cü ilin yanvarında Hitlerin kansler təyin edildiyini eşidən general dərhal prezident Hindenburqa belə bir mətnli məktub yazdı: “Sizi əvvəlcədən xəbərdarlıq edirəm: - bu pis adam Almaniyaya böyük bədbəxtliklər gətirəcək”. Lüdendorf tam haqlı idi.

Anar Tağıyev


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/172248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR