Cenevrədə Xocalı dəhşətləri haqqında həqiqətlərdən bəhs edilib

Cenevrədə Xocalı dəhşətləri haqqında həqiqətlərdən bəhs edilib
10:18 15 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 13-də Cenevrədə 120 diplomatın, QHT nümayəndələrinin, tədqiqatçıların və Azərbaycan diaspor üzvlərinin iştirakı ilə Xocalı faciəsinin qurbanlarına həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris nümayəndəliyinin birgə əməkdaşlığı şəraitində tərəfindən təşkil edilib.

TEAS-dan APA-ya verilən məlumata görə, anma tədbirində kinematoqrafiya sahəsində dünyanın ən nüfuzlu mükafatlarının qalibi olan “Endless Corridor” (“Sonsuz Dəhliz”) sənədli filmi nümayiş etdirilib və “Khojaly Witness of a War Crime - Armenia in the Dock“ (“Xocalı Müharibə Cinayətinin Şahidi – Ermənistan Müttəhim Kürsüsündə”) kitabının Cenevrə təqdimatı keçirilib.

Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov qeyd edib ki, “Sonsuz Dəhliz” filmi sıradan bir sənədli statistik film deyil, müharibə nəticəsində təsirə məruz qalmış insanların ruhunu ehtiva edir. Hər bir ölümün arxasında insan taleyi durur. Film Xocalıda sağ qalmış bəzi şəxslərin həyat hekayələri barədədir.


Xocalı qırğınının törədilməsində iştirak etmiş şəxslər Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunmalıdırlar. Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyan bu cinayətkarlar sırasındadırlar.

“Bir gecədə bütün şəhər məhv edildi. Bu qırğın Srebrenitsa və Ruanda soyqırımları ilə üst-üstə düşdüyündən beynəlxalq ictimaiyyət tərəfindən gözədəyməz oldu. Mən “Reuters”, AFP informasiya agentliklərinin, “Human Rights Watch” təşkilatının və “Nyu-York Times” qəzetinin ictimaiyyətin diqqətinin cəlb etmək üçün əməkdaşlarının səfərləri və Xocalı barədə araşdırmalarını xatırlatmaq istəyirəm. Danışıqlar 25 ildir, davam edir. Mən bu danışıqlar başladıqdan bir qədər sonra diplomatik xidmətə başlamışam və bir müddət sonra təqaüdə çıxacağam, amma proses hələ də davam etməkdədir. TEAS Azərbaycanı dünyanın diqqət mərkəzində saxlanılması istiqamətində heyranedici işlər görür və Azərbaycan vətəndaşı olaraq öz minnətdarlığımı bildirirəm”, - deyə səfir vurğulayıb.

TEAS-nın Fransa Nümayəndəliyinin direktoru Mari-Laetitia bildirib ki, həmin dövrün hərbi rəhbərlərindən biri olan Serj Sarkisyan hazırda Ermənistanın prezidentidir: "Bu kütləvi insan qırğını hələ ki, Ermənistan tərəfindən tanınmamasına baxmayaraq, qətliamın baş verməsini təsdiq edən inkarolunmaz faktlar mövcuddur. Gəlin, Xocalı qırğını, keçmişdəki və indiki bütün müharibələrin qurbanlarını anaq. Ümid edirik ki, yaxın gələcəkdə bu münaqişə beynəlxalq hüquqa söykənmiş ədalətli sülhlə həllini tapacaq, Ermənistan və Azərbaycanın qonşu olaraq sülh şəraitində yaşamasına imkan verəcək”.

“Sonsuz Dəhliz” filminin qəhrəmanı, litvalı müharibə reportyoru Rikardas Lapaitis həmin hadisələri ürək ağrısı ilə xatırlayıb: “Mən hələ də məni izləyən və taleyimi dəyişən bu dəhşətli hadisələrin canlı şahidiyəm. Ağdam məscidinə hadisə qurbanlarının gətirilməsini müşahidə etmişəm. Öldürülənlərin bir çoxu ayaqqabısız idi. Öldürülmüş bir qızın başında yanıq və güllə izləri görünürdü.

Altı yaşlı qızın başı yox idi, belinin aşağı nayihəsində yaralar var idi. Bir çox meyitində üzərində işgəncənin izlərini, qırılmış dişləri, kəsilmiş barmaqları və qulaqları görmək olardı. Həkimlər deyirdi ki, 13-16 yaşlı zorlanmış qızları müayinə ediblər. Bir çox Xocalı qurbanı amputasiyalara məruz qalmış və ya güllələnmişdi.

Ermənilər və onlarla birgə Xocalı soyqırımın törədilməsində iştirak etmiş şəxslər Cenevrə Konvensiyası, İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi, Uşaq Hüquqları Bəyannaməsi, Fövqəladə Vəziyyətlərdə və Silahlı Münaqişələrdə Qadın və Uşaqların Müdafiəsi üzrə Bəyannamə və BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş bir sıra digər sənədlərə zidd davranış nümayiş etdiriblər.

Xocalı qırğınının törədilməsində iştirak etmiş şəxslər Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunmalıdırlar. Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyan bu cinayətkarlar sırasındadırlar.

Xocalı sakinləri hazırda Azərbaycanın 48 rayonunda məskunlaşıblar və erməni təcavüzünün sona çatmasını gözləyirlər. Mən müntəzəm olaraq Azərbaycan və Ermənistan qoşunlarının “təmas xətti”nə yaxın ərazilərə səfərlər edirəm. Ermənistan hərbi qüvvələri tərəfindən gecə hücumları, sabotaj, evlərin və təsərrüfat torpaqlarının yandırılması və hətta məktəblərin atəşə tutulması halları bu gün də davam etməkdədir”.

“Xocalı Müharibə Cinayətinin Şahidi – Ermənistan Müttəhimlər Kürsüsündə” kitabının redaktoru İan Pert bildirib ki, ona ən güclü təsir edən Yasəmən Həsənovanın şahid ifadəsi olub: "Onun o dövrdə 12 yaşı olub. Altı ay davam edən hücumlar 1992-ci ilin fevral ayında artıq başqa xarakter almışdı. Yasəmənin atası yerli özünümüdafiə qüvvələrində idi və bu hücumun baş verəcəyini gözləyirdi. Artıq aydın idi ki, sağ qalmaq üçün yalnız təhlükəsiz yerə sığınmaq lazım idi. Onun anası ərindən ayrı getməyə razı olmadığına görə Yasəmən əmisi ilə çıxdılar. Sel və meşəni keçəndən sonra düzənliyə çıxdılar və burada gülləbarana tutuldular. Yasəmən fiziki xəsarət almadan sağ qaldı.


İan Peart çıxışını bu sözlərlə bitirib: “Erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələbi 1993-cü ildə qəbul edilib. Mən bu gecədə BMT-də işləyənlərdən soruşuram - BMT Təhlükəsizlik Şurasının bu tələblərinin dəyəri nədir?”

Yasəmənin atasının meyiti illər sonra tapıldı. O, indi Bakının qoynunda yerləşən Şəhidlər Xiyabanında, milli qəhrəman olaraq uyuyur. Yasəmənin anasının taleyi hələ də qaranlıqdır və güman olunurdu ki, o, ermənilər tərəfindən girov götürülmüşdü. Lakin sonradan Yasəmən televiziya proqramlarının birində anasının cəsədini bağçada quyunun yanında görmüşdü. Yasəmən deyir: “Mən güman etmirəm ki, hər hansı bir qız öz anasının ölümünə sevinə bilərdi. Amma ən azından mən əmin oldum ki, anam ermənilər tərəfindən girov olaraq işgəncələrə məruz qalmayıb”.

Yasəmən indi Xocalı sakinləri üçün məktəbdə müəllim kimi çalışır. Mən ondan soruşanda ki, öz şagirdlərinə Xocalı soyqırımı barədə nə danışır, o cavab verdi ki, onlara Xocalının necə gözəl olduğunu deyir”.

İan Pert məlumat verib ki, nəşr mümkün qədər obyektivdir, xarici medianın hadisə barədə hesabatları, xarici akademik və insan hüquqları fəallarının təhlilləri kitabda əksini tapıb.

O, daha sonra BMT Təhlükəsizlik Şurasının ermənilərin işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsindən biri olan 822-ci qətnaməsinin mətnini oxuyub.

İan Peart çıxışını bu sözlərlə bitirib: “Erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələbi 1993-cü ildə qəbul edilib. Mən bu gecədə BMT-də işləyənlərdən soruşuram - BMT Təhlükəsizlik Şurasının bu tələblərinin dəyəri nədir?”






OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Trampdan TƏHDİD: “Kreslolarınızı əlinizdən alacağam”

30 Mart 2017 22:48

Mübarək Rəcəb ayı haqqında

30 Mart 2017 22:47

70 minə satışa çıxarılan 64 illik maşın - "Atama görə almışdım" - FOTO

30 Mart 2017 22:47

Namazda “hüzuri-qəlb” (qəlbin iştirakı) halının mənası nədir?

30 Mart 2017 22:47

Toyota 3 milyon avtomobilini geri çağırır

30 Mart 2017 22:47

Toyuq alanda və bişirəndə nələrə diqqət etməliyik

30 Mart 2017 22:37

Azərbaycanda nə qədər erməni yaşayır?

30 Mart 2017 22:35

Nobel mükafatçısı vəfat etdi

30 Mart 2017 22:33

Damında bağ olan ev - FOTO

30 Mart 2017 22:32

Müasir göz xəstəliyi: Kompüter görmə sindromu nədir?

30 Mart 2017 22:27

"Qarabağ"dan "Neftçi"yə "yubley hədiyyəsi" - FOTO/VİDEO

30 Mart 2017 22:27

Ankara Gülənin müvəqqəti həbsinigözləyir

30 Mart 2017 22:22

Emosional və zərif varlıqlar

30 Mart 2017 22:22

Ərdoğan: “Ya təslim olacaqlar, ya da...” - VİDEO

30 Mart 2017 22:18

Rəcəb ayı daxil olur, hansı əməllər yerinə yetirilməlidir?

30 Mart 2017 22:17

“Neftçi”ni sevməyənlər çoxdu" - Elxan Abdullayev

30 Mart 2017 22:17

"Qarabağ" "Neftçi"yə şans vermədi -

30 Mart 2017 22:15

TAP-la baglı sensasion xəbərdarlıq: “Ehtiyatlı olun, ruslara işləyirlər...”

30 Mart 2017 22:12

Mərdlik və alicənablığın 6 nişanəsi

30 Mart 2017 22:12

Ankara Vaşinqtondan Gülənin həbsini gözləyir

30 Mart 2017 22:09

"Kubokun qalibi olmaq istəyirlər" - Qurban Qurbanov

30 Mart 2017 22:07

Millimiz Moldovaya yenə qalib gəldi

30 Mart 2017 22:07

Çeçenistanda döyüşlər: ölənlər var

30 Mart 2017 22:05

Cazibədar Brianna Mayamidə - FOTO

30 Mart 2017 22:05

Sabah yanğın baş verərsə, Bakıda bu binalara... - FOTO

30 Mart 2017 22:05

Doğma bacısı Sevinc Osmanqızıdan üz döndərdi

30 Mart 2017 22:05

Göy-göyərti doğramaq üçün aldığı bıçaqla dostunun qardaşını öldürdü - CİNAYƏT

30 Mart 2017 22:03

"Meydan TV"-nin təxribatına cavab

30 Mart 2017 21:57

Qocanın gənc xanıma yazdığı ehtiraslı məktublar

30 Mart 2017 21:57

Qurban Qurbanov Volkan Dəmirəlin transferindən danışdı

30 Mart 2017 21:57

Ermənistanda parlament seçkilərinə üsyan

30 Mart 2017 21:57

Qəbələdə 41 yaşlı qadın özünü asdı

30 Mart 2017 21:52

Tanınmış aktrisa kurorta yollandı - FOTO

30 Mart 2017 21:52

Sabirabad sakinindən narkotik vasitə götürüldü

30 Mart 2017 21:52

Apreldən Azərbaycana "ərəblərin axını" başlayacaq

30 Mart 2017 21:47

Braziliyalı gözəl Mayamidə - FOTO

30 Mart 2017 21:47

İsraildən növbəti həbs dalğası:

30 Mart 2017 21:46

123 min dollarlıq məktub

30 Mart 2017 21:43

Metroda nə vaxt öpüşmək olar?

30 Mart 2017 21:42

Sabirabad sakini narkotiklə yenidən tutuldu

30 Mart 2017 21:39

Bakıda 28 mindən artıq "birinci sinif sorğusu" var

30 Mart 2017 21:37

Tarixin ən əxlaqsız doqquz qadını - FOTO

30 Mart 2017 21:37

Qəbələdə intihar

30 Mart 2017 21:34

Rus gözəl çempionatın simasıdır - FOTO

30 Mart 2017 21:32

İŞİD-in baş ideoloqu öldürüldü

30 Mart 2017 21:28

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

30 Mart 2017 21:27

Bu qidaları axşam 6-dan sonra yeyə bilərsiniz

30 Mart 2017 21:27

Məhkəmələrdə banklarla bağlı 280 min iş var

30 Mart 2017 21:27

Bu daş erməninin başına düşdü

30 Mart 2017 21:23

Üzməklə onurğanızı düzəldin

30 Mart 2017 21:22