Azərbaycanlı model Türkiyədə podiuma çıxdı - FOTO

Azərbaycanlı model Türkiyədə podiuma çıxdı - FOTO
10:37 15 Oktyabr 2016
106 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə yaşayan populyar azərbaycanlı model Könül Əzizova Rüfət İsmaylovun Afffair brendinin yeni kolleksiyasının nümayişində iştirak edib.

Primetim.az-ın məlumatına görə, dəbli dəfilə "Mercedes Benz Fashion Week İstanbul" dəb həftəsi çərçivəsində İstanbulda keçirilib. İstanbulda keçirilən dəb həftələrin daimi iştirakçısı olan Afffair brendi "Mercedes Benz Fashion Week" çərçivəsində "Bahar 2017" adlı öz yeni kişi və qadın kolleksiasını nümayiş etdirib.

Dəfilə böyük uğurla keçib. Nümayişdə türk şou-biznesinin görkəmli simaları iştirak ediblər. Qonaqlar arasında, həmçinin Azərbaycanın xalq artisti Brilliant Dadaşova və teleaparıcı Afaq Gəncəli də var idi.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/479584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR