Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tümendə 3 avtomobil toqquşub: 5 nəfər ölüb, 3 nəfər yaralanıb

Tümendə 3 avtomobil toqquşub: 5 nəfər ölüb, 3 nəfər yaralanıb

Date: 15 October 2016 10:47

Bakı. 15 oktyabr. REPORT.AZ/ Rusiyanın Tümen şəhərində 3 avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
"Report" Rusiya Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 15-də səhər saatlarında "Şkoda", "Lada Larqus" və "VAZ-2105" toqquşub.
İnformasiyaya əsasən, sürətlə hərəkət edən "VAZ-2105" "Şokada"ya çarpılıb, zərbə onun qarşı tərəfdən hərəkət edən "Lada Larqus"la toqquşmasına səbəb olub.
Xəbərə görə, hadisə Tümen - Xantı-Mansiy avtomobil yolunun 382-ci kilometrliyində baş verib. 

Tags:  Tümendə avtomobil toqquşub nəfər ölüb nəfər yaralanıb

RƏYLƏR


Top news