UEFA prezidenti əsəbiləşdi: "Azarkeşlər Bakıya necə gedəcəklər?"

UEFA prezidenti əsəbiləşdi: "Azarkeşlər Bakıya necə gedəcəklər?"
11:12 15 Oktyabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

Bu yaxınlarda Bakıda səfərdə olan UEFA prezidenti Aleksander Çeferin Azərbaycan da daxil olmaqla 13 müxtəlif ölkədə keçirilməsi planlaşdırılan "Avro -2020" haqqında neqativ fikrilər səsləndirib.

Milli.Az bildirir ki, bu barədə azvision.az xarici KİV-ə istinadən xəbər verir. 

"Bu model olduqca risklidir. Hələlik bunun maliyyə baxımından bir xeyir gətirib-gətirməyəcəyi və futbol azarkeşlərinin Bilbaodan Bakıya və ya Kopenhagendən Romaya necə gedəcəyi məlum deyil. Hesab edirəm ki, futbol üzrə növbəti Avropa çempionatı əvvəlki model üzrə keçirilməlidir. Müəyyən çətinliklərə səbəb olacaq problemlərdən biri də çempionatın ev sahibi məsələsidir. "Avro-2020"nin təşkilatçılarından birinin turnirin futbol yarışının final mərhələsinə çıxmaması yaxşı olmazdı. Ona görə də mən hesab edirəm ki, "Avro-2024" əvvəlki modelə uyğun keçirilməlidir", - deyə UEFA-nın yeni prezidenti bildirib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR