Sahibkar Masazıra gələn qazı kəsib - "Azəriqaz" bir ildir ki susur

Sahibkar Masazıra gələn qazı kəsib - "Azəriqaz" bir ildir ki susur
11:12 15 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir ildən artıqdır ki, Masazır qəsəbəsinin Həzi Aslanov küçəsinin sakinləri qazsız qalıb.

Mili.Az qafqazinfo-ya istinadən bildirir ki, buna səbəb yaxınlıqda yerləşən "Aysu" şirniyyat sexidir. Belə ki küçəyə gələn qaz xəttinə şirkət motor qoyaraq xətdə olan bütün qazı sovurur.

Şirkət rəhbərliyinə bu barədə dəfələrlə müraciət olunub. Deyirlər ki, təzyiq yoxdu deyə motor qoşulub: "Abşeron qaz idarəsinə, icra hakimiyyətinə, "Azəriqaz"a dəfələrlə müraciətlər etmişik, amma məsələ həllini tapmır. Qaz xəttinin qarşısını, sanki, əjdaha kəsib".

Sayt məsələ ilə bağlı Abşeron Rayon Qaz İstismar İdarəsinin mühəndisi Anar Binnətovla əlaqə saxlayıb. A.Binnətov sözügedən problemdən xəbərdar olduğunu vurğulayıb. Qeyd edib ki, "Aysu" şirniyyat sexi küçəyə gələn xəttə motor quraşdırıb: "Şirkət özünə ayrıca xətt çəkir. Bununla bağlı icazə yaxın günlərdə veriləcək. 2-3 gün müddətində problem həll olunacaq. Bundan sonra həmin əraziyə qaz normal təzyiqdə veriləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/479590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR