General Nizam Osmanov vəzifəsindən azad olunaraq, Müdafiə Nazirliyində Baş İdarə rəisi vəzifəsinə təyin edilib

15:22 5 Yanvar 2015
365 Sosial
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 15:20 ]

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Silahlı Qüvvələrinin Ordu Birliyinin komandiri, general-leytenant Nizam Osmanov vəzifəsindən azad olunub.

APA-nın məlumatına görə, onun yerinə general-mayor Hikmət Həsənov təyin edilib.

 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməgtindən APA-ya faktı təsdiqləyiblər.

 

“Silahlı Qüvvələrdə planlı surətdə həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, birlik komandiri vəzifəsinə general-mayor Hikmət Həsənov təyin olunub. Əvvəllər həmin vəzifədə çalışmış general-leytenant Nizam Osmanov isə Müdafiə Nazirliyində Baş İdarə rəisi vəzifəsinə təyin olunub”, – deyə mətbuat xidmətinin məlumatında deyilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368044

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR