Azərbaycanda daşınmaz əmlakın tikintisinə və alınmasına qoyulan kreditlər artıb

Azərbaycanda daşınmaz əmlakın tikintisinə və alınmasına qoyulan kreditlər artıb
11:32 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ İpoteka kreditləri də daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına kredit qoyuluşu bu il sentyabrın 1-nə 1 592,1 mln. manat təşkil edib.
Bu barədə "Report"a Mərkəzi Bankdan məlumat verilib. 
Bankdan bildirilib ki, avqust ayında kreditləşmə 6,8%, illik müqayisədə isə isə 17,1% artıb.
Bu il sentyabrın 1-nə əsasən maliyyə-kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunda bu sahənin kreditləşməsinin xüsusi çəkisi 9,5% -ə çatıb. Bu isə öz növbəsində əvvəlki ayla müqayisədə 0,6 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz bəndi artım deməkdir.
Qeyd edək ki, cari il sentyabrın 1-nə əsasən ölkə iqtisadiyyatına kredit qoyuluşunun 6 272,7 mln. manat və ya 37,2%-i məhz ev təsərrüfatlarına kreditlərin payına düşüb. Bu sahədə kreditləşmə aylıq müqayisədə 0,6% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 18,4% azalıb.
Xatırladaq ki, sentyabrın 1-nə ölkə iqtisadiyyatıan cəmi kredit qoyuluşu 16 839,7 mln. manat təşkil edib ki, bunun da 9,5% və ya 1 592,9 mln. manatı vaxtı keçmiş kreditlər olub.  

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-dasinmaz-emlakin-tikintisine-ve-alinmasina-qoyulan-kreditler-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR