Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ekspertlər: “Kibercinayətkarlıq dünya iqtisadiyyatına 650 milyard dollar ziyan vuracaq”

Ekspertlər: “Kibercinayətkarlıq dünya iqtisadiyyatına 650 milyard dollar ziyan vuracaq”

İdman klublarına sahib ən zəngin insanlar (22 Mart 2017 08:37)
Azərbaycanın Ukrayna iqtisadiyyatına qoyduğu sərmayə 200 milyon dolları ötüb (14 Mart 2017 17:07)
Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına təqribən 600 mln. dollar yatırıb (12 Mart 2017 10:27)

Tarix: 15 Oktyabr 2016 11:35

Kibercinayətkarlıq 2016-cı ilin sonunadək dünya iqtisadiyyatına təxminən 650 milyard dollar məbləğində ziyan vuracaq. Ekspertlərin fikrincə, bu rəqəm 2020-ci ilədək 1 trilyon dolları ötə bilər. Bu fikirləri oktyabrın 6-8-də keçirilən “360° informasiya təhlükəsizliyi” konfransında iştirak edən ekspertlərdən biri səsləndirib.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, mütəxəssislərin fikrincə, dünya əhalisinin təxminən 25 faizi həm fərdi, həm korporativ məlumat sızmasından əziyyət çəkəcək. Bu, tənzimləyici tədbirlərin əhəmiyyətli dərəcədə sərtləşməsinə, eləcə də müxtəlif istifadəçi autentifikasiya sistemlərinin yaxşılaşmasına səbəb olacaq.

İlkin olaraq telemetrik avtorizənin tətbiq ediləcəyi gözlənilir ki, bu da bank əməliyyatlarının sayını xeyli artırmağa imkan verəcək. Bu növ cinayətlərlə əlaqədar daha bir problem hakerlərin məlumatları silərək nəzərəçarpacaq “fiziki”, bəzi hallarda isə kompüter texnikasının real “fiziki” məhv edərək ziyan vurmasındadır.  

Nizam Nuriyev 



Teqlər:  Ekspertlər Kibercinayətkarlıq dünya iqtisadiyyatına 650 milyard dollar ziyan vuracaq



RƏYLƏR


Top xəbərlər