Pakistanın baş naziri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Pakistanın baş naziri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
11:37 15 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif oktyabrın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
"Report" xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Tanınmış dövlət xadimi və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/pakistanin-bas-naziri-umummilli-lider-heyder-eliyevin-mezarini-ziyaret-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR