Türkiyə XİN-dən Lavrovun Dağlıq Qarabağla bağlı bəyanatına REAKSİYA

Türkiyə XİN-dən Lavrovun Dağlıq Qarabağla bağlı bəyanatına REAKSİYA
11:47 15 Oktyabr 2016
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Ankara Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin müsbət rol oynaması imkanı barədə səsləndirdiyi bəyanatını müsbət qiymətləndirir.

Milli.Az bildirir ki, bu barədə Türkiyə XİN-dən Trend-ə eksklüziv müsahibədə deyiblər.

Qeyd edək ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda jurnalistlərə bəyan edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər.

Agentliyin müsahibi bildirib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanın arxasındadır və problemin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır.

XİN rəsmisi qeyd edib: "Türkiyə, şübhsiz ki, bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyəcək. Bununla əlaqədar ATƏT-in Minsk qrupunun üzvü kimi Türkiyə münaqişənin nizamlanması prosesini diqqətlə izləyir və Azərbaycanla sıx əlaqələr qurmaqla prosesin həllinə yardım etməyə çalışır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/479620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR