Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2017-ci ildə “Ulduzların müharibəsi” bizi gözləyir – VİDEO

2017-ci ildə “Ulduzların müharibəsi” bizi gözləyir – VİDEO

Date: 15 October 2016 11:48

Müasir həyatımızı filmsiz təsəvvür etmək mümkünsüzdür. Kino yaşamımızın bir hissəsinə çevrilib desək, o qədər də səhv etmərik. Filmlərlə birgə biz həm gülə, həm ağlaya, həm də müxtəlif, duyğulara, hislərə qapıla bilirik. Son onillikdə kinolarla bağlı seçim o qədər çoxalıb ki, hər kəsin zövqünə uyğun film tapmaq mümkündür. Məhz üzümüzə gələn il ərzində də təqdim olunacaq filmlər bizi janr və zövq müxtəlifliyi ilə sevindirəcək.

Publika.az 2017-ci ildə premyerası olacaq səbirsizliklə filmlərin siyahısını təqdim edir.

“Möcüzə qadın” (“Wonder Woman”)

Premyera: 23 iyun 2017-ci il

Rejissor: Petti Censkins

Ssenari: Mişel Mak Laren, Ceyson Fuks

Janr: Fantastika, macəra

Ölkə: ABŞ

Baş rollarda: Qal Qadot, Kris Payn, Robin Rayn, Lyusi Devis

Süjet xətti: Marvelin komiksləri əsasında çəkilib. Kino müasir amazonkaların qədim adət-ənənələri ilə bağlılığından bəhs edir. Baş qəhrəman Diana amazonkaların kraliçasıdır. Böyük cəsarətə sahib amazonka öz hisslərini və xalqını çox yaxşı idarə edə bilir. O, doğruyu söylədəcək və həyatını qoruyacaq iki qolbağa sahibdir. Ancaq dünya hadisələrinin burulğanına düşən qəhrəman başına gələnlərdən sonra sağ qalmağa çalışır.

“Alligent 2” (“Allegiant 2”)

Premyera: 24 mart 2017-ci il

Ssenari: Veronika Rot

Janr: Melodrama, macəra, fantastika

Ölkə: ABŞ

Baş rollarda: Şeylin Vudli, Naomi Uots, Teo Ceyms

Süjet xətti: Amerikasayağı “fentezi”dir. Alimlər genetik cəhətdən mükəmməl insan yaratmağa çalışırlar, lakin təcrübə zamanı həmin insanların genetikasında səhvlər olduğu aşkar edilir. Onları qapalı yerdə saxlayıb, ancaq nəsil artırmaq üçün istifadə olunmaları tapşırılır. Lakin baş qəhrəmanlar Tobias və Tris bununla razılaşmayaraq, mövcud sistemə qarşı çıxırlar. Bu yolda onları təhlükədolu anlar gözləyir.

“Ulduzların müharibəsi: Epizod 8” (“Star Wars: Episode 8”)

Premyera: 26 may 2017-ci il

Rejissor: Rayan Conson

Ssenari: Rayan Conson, Corc Lukas

Janr: Macəra, fentezi, döyüş

Ölkə: ABŞ

Baş qəhrəmanlar: Mark Hemill, Oskar Ayzek, Benisio Del Toro

Süjet xətti: 8-ci hissə “Ulduzların müharibəsi: Güclərin oynaması” filminin davamıdır. Bu hissənin də əvvəlki hissələr kimi maraqlı olacağı gözlənilir. Deyirlər ki, xüsusi effektlər, tanış simalar və canlı süjet xətti ilə yenə hər kəs təəccüblənəcək. Filmə Taşu adında yeni personaj daxil olub. Onun dediyinə görə, Lordi Sitxi əziyyət verdiyi qurbanların enerjisini özünə çəkmək kimi dəhşətli gücə sahibdir. Əgər bu məxluq insanları belə rahatlıqla öldürə bilirsə, demək onları həyata da qaytara bilər. Bəs onlar Darta Vayderin güclərini qaytara biləcəkmi? Bunu izləyicilər yalnız filmə baxdıqdan sonra öyrənəcəklər.

“Kinq-Konq: Kəllə adası” (“Kong: Skull Island”)

Premyera: 9 mart 2017-ci il

Rejissor: Cordan Voqt-Roberts

Ssenari: Maks Borenşteyn, Con Qeytins

Janr: Fentezi, döyüş, macəra

Ölkə: ABŞ

Baş rollar: Tobi Kebbell, Maykl Kiton, Bri Larson, Tom Hilddlston

Süjet xətti: Kinq-Konqun doğma evi elə Kəllə adası olub. Baş qəhrəman nəhəng meymunun kim olduğunu öyrənmək məqsədilə ora yollanır. Hadisələr izləyiciləri 70-ci illərə aparır. Onu ora aparan tək Kinq-Konqu tanımaq istəyi olmayıb. Belə ki, bir müddət əvvəl həmin adada onun iki qardaşı itib. Qəhrəman məqsədinə gedən yolda bir çox təhlükələrlə üzləşsə də, ancaq Kinq-Konqu gözləyənlər məyus olacaqlar. Ssenari müəllifi bu personajı filmə daxil etməyib.

“Cəngavərlik kitabı: Başlanğıc” (“The Jungle Book - The Beginning”)

Premyera: 6 oktyabr 2017-ci il

Rejissor: Endi Serkis

Ssenari: Kalli Klovs, Redyard Kiplinq

Janr: Dram

Ölkə: ABŞ

Baş rollar: Kristian Beyl, Benedikt Kamber Betç, Ket Balşett, Naomi Harris

Süjet xətti: Ailəsini itirən balaca oğlan Mauqili cəngəllikdə vəhşi təbiətlə üz-üzə gəlir. Böyüyüb güclü kişi olmaq üçün o, təhlükə dolu uzun bir yolu qət eləməlidir. Mauqilini canavar sürüsü böyütdüyü üçün onlara xas olan bəzi xüsusiyyətlərə yiyələnir. Ona görə Mauiqli başına gələn bütün sınaqlardan məharətlə çıxa bilir.

“Leqo: Betmen” (“The LEGO Batman”)

Premyera: 9 fevral 2017-ci il

Rejissor: Kris MakKey

Ssenari: Set Qrem-Smit

Janr: Komediya, cizgi filmi, döyüş

Ölkə: ABŞ

Baş rollar: Rozario Dauson, Maykl Sera, Reyf Fayns, Uill Arnett

Süjet xətti: Cizgi filmi həm böyüklərin, həm də uşaqların xoşuna gələcək. Əsas qəhrəman hamımızın tanıdığımız, dünyadakı haqsızlıqlara qarşı döyüşən Betmendir. O, Leqo oyuncağından hazırlandığı üçün gücündən istədiyi kimi istifadə edə bilmir. Ancaq uçmaq gücündən istifadə edərək, gecələri şəhərini pis qüvvələrdən qoruya bilir. Bir gün qəddar cinayətkarlar onu oğurlamaq qərarına gəlirlər. Planları həyata keçirə biləcəklərmi? Axı Betmenin Superman, Möcüzə qadın və Yaşıl fənər kimi dostları var.

“Qrinç - Milad günün oğrusu” (“How the Grinch Stole Christmas”)

Premyera: 28 dekabr 2017-ci il

Rejissor: Piter Kendelend

Ssenari: Maykl Lesyur

Janr: Fentezi

Ölkə: ABŞ

Baş rollar: Bilinmir

Süjet xətti: Balaca qar dənəciyi içində yerləşən Ktoqrad şəhərinin maraqlı sakinləri var. Onların əhvalı həmişə yaxşı olur, həmişə deyib-gülürlər, bir-birilərinə qonaq gedirlər. Lakin onların xoşbəxtliyini kənarda yaşayan yaşıl rəngli Qrinç adlı məxluqat korlayır. O istəyir ki, şəhərin bütün sakinləri onun kimi bədbəxt olsunlar. Qrinç görür ki, şəhər Milad bayramına xüsusi həyəcanla hazırlaşır, onların bayramını oğurlamaq qərarına gəlir. Lakin bu yolda onun qabağına fikirlərini dəyişdirəcək bir oğlan çıxır. Sonda o, əylənməyin elə pis bir şey olmadığını başa düşür.

“Fantastik dördülük 2” (“The Fantastic Four 2”)

Premyera: 1 iyun 2017-ci il

Rejissor: Coşua Trank

Janr: Macəra, fantastika, döyüş

Ölkə: ABŞ

Baş rollar: Keyt Mara, Maylz Teller, Ceymi Bell, Maykl B.Cordan

Süjet xətti: Bu, 2015-ci ildə çıxmış filmin davamıdır. Süjet xəttinə baxsaq görərik ki, dünya məhvolma təhlükəsi ilə yenə üz-üzə dayanıb. Cani bir neçə il güc topladıqdan sonra dünyanın ağasına çevrilmək fikrinə düşür. Yaxşı ki, dünyanın keşiyində super gücə sahib fantastik dördlük durur. İzləyicilər daha geniş məlumatı filmə baxandan sonra əldə edəcəklər.

“Qalaktikanın qoruyucuları 2” (“Guardians of the Galaxy 2”)

Premyera: 5 may 2017-ci il

Rejissor: Ceyms Qann

Ssenari: Ceyms Qann

Janr: Macəra, fantastika, döyüş

Ölkə: ABŞ

Baş rollar: Kris Pratt, Zoi Saldana, Karen Qillan, Şon, Qan, Deyv Batista

Süjet xətti: Filmdə izləyicilər Piter Kvilla ilə yadplanetli atası arasındakı çətin münasibəti izləyəcəklər. Bundan başqa onları dünyanı təhlükədən qorumaq üçün pis qüvvələrlə mübarizəsi başlayır. Fərqli effektler, maraqlı macəralar, incə yumor-bütün bunları film nümayişə çıxan kimi görə biləcəksiniz.

“Rosomaxa 3” (“The Wolverine 3”)

Premyera: 2 mart 2017-ci il

Rejissor: Ceyms Menqold

Ssenari: Maykl Qrin

Janr: Fantastika, macəra, döyüş

Ölkə: ABŞ

Baş rollar: Hyü Cekman, Patrik Stüart

Süjet xətti: Mutantın həyatını danışan sonuncu filmdir. Rejissor bu silsilə filmi fərqli və maraqlı süjetlə bitirəcəyinə söz verib. Filmin əsası 2008-ci ildə yazılmış “Qoca Loqane” komiksindən götürülüb. Biz ekranlarda qocalmış Rosomaxanı görəcəyik. Artıq 50 il keçib və baş qəhrəman kimi Marvel kainatı da çox dəyişib. Lakin onun xarakterində heç bir dəyişiklik baş verməyib. Yenə onun taleyinə canilərlə döyüşmək düşür. Lakin o, heç bir təhlükədən qorxmur, əksinə onları başıdik qarşılayır. O, içində yatmış heyvani gücünü oyadaraq özünü və ailəsini xilas edir.

“Murdar mən 3” (“Despicable Me 3”)

Картинки по запросу

Premyera: 30 iyun 2017-ci il

Rejissor: Kris Reno, Pyer Koffen

Ssenari: Sinko Pol, Ken Daurio

Janr: Cizgi filmi, macəra, komediya

Ölkə: ABŞ

Baş rollar: Kris Reno, Dena Qayer, Elsi Fişer, Anita Priem

Süjet xətti: Hazırda bilinmir. Amma indidən Qryu, Lyusi və uşaqların başına nələr gələcəyi məlumdur. Əlbəttə ki minyonlarsız iş alınmaz.

“Forsaj 8” (“Fast and Furious 8”)

Premyera: 14 aprel 2017-ci il

Rejissor: Feliks Qeri Qrey

Ssenari: Qei Skott Tompson

Janr: Döyüş

Ölkə: ABŞ, Kanada, Fransa

Baş rollar: Vin Dizel, Ceyson Stethem, Mişel Rodrigez, Tayriz Qibson, Dueyn Conson

Süjet xətti: Film daha öncəki bölümlərdə olduğu kimi küçə maşın yarışlarından bəhs edəcək. Dominiko Toretto özünün professional sürücülüyü ilə yenilənmiş avtomobilində izləyiciləri təəccübləndirəcək. Onun dostları yenidən problemlərlə üzləşəcəklər. Bütün bunlar kriminal avtoritet Ouena Şoudan xilas olandan sonra baş verir. Onlar heç bilmirlər ki, Şounun onlardan qisas almaq istəyən qardaşı var. Onun artıq qəddar bir planı var. O, hamını öldürəcək, amma birdən yox, bir-bir. Planı artıq reallaşmaq üzrədir. Ona görə onlar ehtiyatlı olmalıdır.

Mələk Heydərova


Tags:  2017-ci ildə Ulduzların müharibəsi bizi gözləyir VİDEO

RƏYLƏR


Top news