Erməni siyasətçi: “Biz KTMT-nin girovuyuq, onlar Azərbaycanla...”

Erməni siyasətçi: “Biz KTMT-nin girovuyuq, onlar Azərbaycanla...”
11:48 15 Oktyabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrinin bir hissəsi Ermənistanın rəqibi olan Azərbaycanla daha sıx əlaqələr saxlayır.

Publika.az “1in.am” saytına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş millət vəkili Azat Arşakyan deyib.

Onun sözlərinə görə, təşkilatın nizamnaməsində nəyin yazılmasından və hansı hədəfləri olmasından asılı olmayaraq Ermənistan KTMT-nin girovdur.

“Biz bu təşkilatda iradəmizə qarşı olduq. Bu əzir və girov vəziyyətidir”, - Azat Arşakyan bildirib.

Qeyd edək ki, dünən İrəvanda KTMT-nin şura iclası başlayıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR