Bakıda mağazanın divarını söküb oğurluq etdilər

Bakıda mağazanın divarını söküb oğurluq etdilər
12:04 15 Oktyabr 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzində oğurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 14-nə keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində qəsəbə sakini Seymur Şirinova məxsus mağazadan divarı sökməklə geyim əşyaları oğurlanıb. 

 

Baş Mühafizə İdarəsi və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Aqşin Tahirov tutulub. Ondan kustar üsulla hazırlanmış bıçaq götürülüb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256623

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR