Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İntihar edən MTN polkovniki Çovdarovun əlaltısıymış...

İntihar edən MTN polkovniki Çovdarovun əlaltısıymış...

Date: 15 October 2016 12:05

2015-ci ilin aprel ayında intihar edən MTN polkovnik-leytenantı Azər Əliyevin adı həbsdə olan general Akif Çovdarovun ittiham aktında hallanır.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, cinayət işinin materiallarında A.Əliyev "Çovdarovun adamı" kimi tanınıb. Hətta A.Əliyev özünü Nərimanov rayonu, Həsənoğlu küçəsindəki yaşayış binasının 7-ci mərtəbəsindən atmasaydı, çox güman ki, cinayət işinə cəlb ediləcəkdi.

Çünki istintaq araşdırması zamanı bəlli olub ki, müstəntiq Azər Əliyev intihar etmədən bir müddət öncə Çovdarovun göstərişi ilə iş adamı İlqar Budaqovun ofisində qanunsuz axtarışlar aparıb. Bundan sonra isə onu həbslə hədələyərk külli miqdarda pul tələb edib.

A.Çovdarov istintaqa ifadəsində bu "axtarış"dan məlumatsız olduğunu deyib: "Azər Əliyev isə mənim bildiyim qədərilə məişət zəminində intihar edib".

Qeyd edək ki, biznesmen İ.Budaqov Çovdarovun işi üzrə zərərçəkmiş şəxs kimi tanınıb.

Milli.Az


Tags:  İntihar edən MTN polkovniki Çovdarovun əlaltısıymış

RƏYLƏR


Top news