Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Antonio Qutyerreş: "Suriya BMT-nin prioritet məsələsi olmalıdır"

Antonio Qutyerreş: "Suriya BMT-nin prioritet məsələsi olmalıdır"

Date: 15 October 2016 12:07

Bakı. 15 oktyabr. REPORT.AZ/ Suriya böhranının həllinə töhfə vermək Birləşmiş Millətlər Təşkilatının gələcək fəaliyyətində prioritet məqsədlərindən biri olmalıdır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin yeni baş katibi Antonio Qutyerreş "Fransa-24" telekanalına müsahibəsində bildirib.
"Suriya BMT-nin prioritet məsələsi olmalıdır. Çünki BMT Suriya xalqına qarşı münasibətdə borclu qalıb", - deyə A.Qutyerreş qeyd edib.
"Biz başqalarına qarşı alicənablığa görə, Suriya xalqına təşəkkür etməliyik. Hələ Suriya böhranı başlamamışdan, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olarkən Suriya inanılmaz qonaqpərvərlik göstərərək sərhədlərini 2 milyondan çox iraqlı qaçqının üzünə açmışdı", - o xatırladıb.

Tags:  Antonio Qutyerreş Suriya BMT-nin prioritet məsələsi olmalıdır

RƏYLƏR


Top news