Nəvaz Şərifin Azərbaycana rəsmi səfəri başa çatıb

Nəvaz Şərifin Azərbaycana rəsmi səfəri başa çatıb
12:29 15 Oktyabr 2016
17 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şərif Milli Məclisdə olub.

 

APA-nın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.

 

Məhəmməd Nəvaz Şərifin Azərbaycana rəsmi səfəri artıq başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Pakistanın baş nazirini hava limanında Azərbaycan baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256627

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR