Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Sürücü vurduğu piyadanı evinə apardı - Orada öldü

Sürücü vurduğu piyadanı evinə apardı - Orada öldü

40 yaşlı qadın dumanlı havanın qurbanı oldu - AZƏRBAYCANDA (26 Mart 2017 11:39)
Sürücü piyadanı vurdu - Ölən qadın öz anasıymış (15 Mart 2017 12:47)
Naftalanda avtomobil piyadanı vurdu - SÜRÜCÜ QAÇDI (14 Mart 2017 21:08)

Tarix: 15 Oktyabr 2016 12:42

Azərbaycanda iki piyadanı maşın vuraraq öldürüb.

Milli.Az DİN-ə istinadən bildirir ki, oktyabrın 14-də, saat 18 radələrində Sabunçu rayonu ərazisində Zabrat qəsəbə sakini Nəsib Orucov idarə etdiyi "VAZ-2104" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rasim Həsənovu vurub. R.Həsənov oktyabrın 15-də N.Orucovun evində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

Digər analoji hadisə Abşeron rayonunun Masazır qəsəbəsində qeydə alınıb. Oktyabrın 14-də, saat 23 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini Azad Allahverdiyev vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Mili.Az


Teqlər:  Sürücü vurduğu piyadanı evinə apardı Orada öldü



RƏYLƏR


Top xəbərlər