Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq
12:43 15 Oktyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 16-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən xəbərə görə, şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturunun yarımadada gecə 11-13° isti, gündüz 14-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-14° isti, gündüz 15-20°, dağlarda gecə 3-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/172266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR