Məğlubedilməzlərin dueli, "Qarabağ"ın "Sumqayıt" sınağı - VİDEO

Məğlubedilməzlərin dueli, "Qarabağ"ın "Sumqayıt" sınağı -   VİDEO
12:47 15 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında 12 günlük fasilə başa çatacaq. Fanat.Az xəbər verir ki, yığmaların oyunlarına görə yaranmış fasilədən sonra II dövrəyə start veriləcək. VIII turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında turnir cədvəlinin liderləri - "Qəbələ" və "İnter" qarşılaşacaq. Hər iki komanda ilk 7 turda məğlubiyyət acısı yaşamayıb. "Qəbələ" sadəcə 1 oyunda xal itirib, 19 qol vurduğu halda qapısını toxunulmaz saxlayıb. "İnter" isə 3 matçda xal itkisinə məyus qalib, vurduğu 12 qola rəqibləri 7 dəfə cavab verib.

Bu matçda bəzi seriyalar qırıla və ya uzana bilər. Belə ki, hər hansı bir komandanın qələbəsi digərinin cari mövsümdəki ilk yenilgisi olacaq. Ardıcıl 5 turdu qələbələri sıralayan və hələ də qapısının toxunulmazlığını qorumağı bacaran “Qəbələ” həm bu seriyaları davam etdirmək, həm də liderliyini möhkəmlətmək əzmindədi. 5 oyundu meydanı qolsuz tərk etməyən “bankirlər” isə qələbə qazanaraq, liderlə aradakı xal fərqini minimuma endirməyə çalışacaq.
 
Üçüncü pillədə qərarlaşan son 3 mövsümün qalibi "Qarabağ" isə "Sumqayıt"ı qəbul edəcək. Bu cari mövsümdə “Azərsun Arena”da keçrilən ilk oyun olacaq. Ağdam təmsilçisi “Qəbələ”nin “İnter” səfərində xal itirmək perspektivini nəzərə alaraq, liderə yaxınlaşmaq üçün mütləq qalib gəlməlidi. Maraqlıdı ki, Qurban Qurbanovun komandası bu gün 2 oyunluq qələbəsizlik seriyasına son qoymaq barədə düşünürsə, “Sumqayıt” son 2 turda olduğu kimi, yenə meydanı yenilmədən tərk etmək fikrindədi.
 
Qeyd edək ki, turun qalan 2 oyunu sabah baş tutacaq.

Premyer Liqa
2016/17 mövsümü
II dövrə, VIII tur

15 oktyabr
16.00 İnter - Qəbələ
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Füzuli Nəcəfov.
"İnter Arena".

18.30 Qarabağ - Sumqayıt
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Namiq Hüseynov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Murad Məmmədov.
"Azərsun Arena".

Klub

O

Q

H/H

M

T/F

X

1

Qəbələ

7

6

1

0

19:0

19

2

İnter

7

4

3

0

12:7

15

3

Qarabağ

7

4

1

2

15:5

13

4

Sumqayıt

7

2

2

3

6:9

8

5

Kəpəz

7

1

4

2

6:8

7

6

Zirə

7

2

1

4

5:9

7

7

Neftçi

7

2

0

5

6:16

6

8

AZAL

7

0

2

5

3:18

2

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 7.


Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mlubedilmzlrin-dueli-quotqarabaquotn-quotsumqaytquot-sna-t53358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR