Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Sədərək" Ticarət Mərkəzində qeyri-adi oğurluq

"Sədərək" Ticarət Mərkəzində qeyri-adi oğurluq

Date: 15 October 2016 12:47

"Sədərək" Ticarət Mərkəzində qeyri-adi oğurluq olub.

Milli.Az APA-ya istinadən bildirir ki, oktyabrın 14-nə keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində qəsəbə sakini Seymur Şirinova məxsus mağazadan divarı sökməklə geyim əşyaları oğurlanıb.
 
Baş Mühafizə İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Aqşin Tahirov tutulub.
 
Ondan kustar üsulla hazırlanmış bıçaq götürülüb.

Milli.Az


Tags:  Sədərək Ticarət Mərkəzində qeyri-adi oğurluq

RƏYLƏR


Top news