Xədicə: "Ərimlə ayrılanda mülk davası etmədim"

Xədicə: "Ərimlə ayrılanda mülk davası etmədim"
12:52 15 Oktyabr 2016
94 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün həyatda təkəm. Baxmayaraq ki, qardaşlarım, sevdiyim peşə, dostlarım var. Amma evə gələndə valideynlərin rəsmini görür, geyimlərini iyləyirsən.

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Xədicə Sənanqızı ARB-də yayımlanan "Gəlin danışaq" verilişində deyib. 

Dünyasını dəyişən valideynlərini xatırlayan aparıcı onlar üçün darıxdığını bildirib:

"Hərdən düşünürsən ki, onlarla həyatda bir də görüşməyəcəksən. Anamı itirdim, bir ildən sonra atamı itirdim. Mənim üçün o qədər yaralı bir mövzudur ki... Heç bir valideynə balasını itirməsini arzulamıram. Hələ valideyn deyiləm, amma ananın övlad üçün nələr çəkdiyini başa düşürəm".

X.Sənanqızı ayrıldığı həyat yoldaşı ilə bağlı sualları da cavablandırıb:

"Qadın xoşbəxtliyi övladlar, həyatını paylaşacaq birinin olmasıdır. Mən güclü qadın olmaqdan yoruldum. Amma kiminsə baxışı sənə xoş olsun deyə, üzük taxıb, ailə qurmaq istəməmişəm. Həyatımda mənə layiq olacaq, bir-birimizi başa düşəcəyimiz biri olmalıdır. Tək özümü yox, qarşı tərəfi də düşünürəm. Əgər eqoist olsaydım, həyat yoldaşımdan ayrılmazdım.

Onun da xoşbəxt olmaq haqqı var. Heç kim mənim həyatımı yaşamayıb. Ona müdaxilə etməyə kiminsə haqqı yoxdur. 22 yaşımda ərə getdim. Məncə, bu erkən idi. Azərbaycan ailələri düşünür ki, bu yaş həddi normaldır, hətta gecikmisən. Ailəliyimiz az davam etdi. Bu günə kimi davam etdirə bilərdim, amma niyə? İndi heç bilmirəm nə edir, məni maraqlandırmıram. Övladımız da yoxdur ki, onun üzərində münasibət qurardıq. Mən qürurlu insanam, heç bir mal-mülk davası etmədim. Evim, maşınım var. Heç kim deyə bilməz ki, Xədicəyə bunu mən etdim".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/479642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR