Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda tələbə qızı avtomobil vurub, sürücü yaralını yolun kənarında qoyub hadisə yerindən qaçıb

Bakıda tələbə qızı avtomobil vurub, sürücü yaralını yolun kənarında qoyub hadisə yerindən qaçıb

Qadını öldürüb qaçan sürücü tutuldu (27 Mart 2017 17:24)
Altı tələbənin ölümünə səbəb olan sürücü HƏBS EDİLDİ - FOTO (27 Mart 2017 12:05)
Bakı-Sumqayıt şosesində 6 tələbənin ölümünə səbəb olan sürücü BARƏDƏ QƏRAR VERİLDİ (27 Mart 2017 11:28)

Tarix: 15 Oktyabr 2016 12:52

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bakıda kollec tələbəsini avtomobil vurub.
“Report”un xəbərinə görə, hadisə Balaxanı qəsəbəsi 6-cı Mədən ərazisində baş verib.
Azərbaycan Dövlət Pedaqoji Kollecinin 2-ci kurs tələbəsi, 1997-ci il təvəllüdlü Qululu Aytac Taryel qızı dərsdən evə qayıdan zaman naməlum avtomobil onu vurub. Tələbəni vuran sürücü hadisə yerindən qaçıb. 
Qəsəbə sakinləri tələbə qızı yaralı vəziyyətdə 6-ci Mədən ərazisindəki 11 nömrəli evin qarşısında görüblər. O, dərhal təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hadisə nəticəsində A.Qululu kəllə-beyin travması alıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
İlkin ehtimala görə, naməlum avtomobilin sürücüsü A.Qululunu vurandan sonra onu yaralı vəziyyətdə evin qarşısına qoyub hadisə yerindən uzaqlaşıb. Çünki 11 nömrəli evin sahibinin hadisədən xəbərsiz olduğu ortaya çıxıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Teqlər:  Bakıda tələbə qızı avtomobil vurub sürücü yaralını yolun kənarında qoyub hadisə yerindən qaçıb



RƏYLƏR


Top xəbərlər