Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Təcridxanaya keçirilən dolmanın içərisində narkotik aşkarlandı - FOTO

Təcridxanaya keçirilən dolmanın içərisində narkotik aşkarlandı - FOTO

250 milyon dollar dəyərində narkotik aşkarlandı (08 Mart 2017 10:57)
Gömrükdə ŞÜBHƏLİ ÇANTA aşkar edildi - FOTO (23 Fevral 2017 16:37)

Tarix: 15 Oktyabr 2016 12:57

Bakıda istintaq təcridxanasına narkotik maddənin keçirilməsinin qarşısı alınıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 3 saylı İstintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələrinə əsasən həbsdə saxlanılan Ramazanov Sərvan Əlikram oğluna qardaşı Bərdə rayon Lək kənd sakini Ramazanov Sərxan Əlikram oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastik qabın içərisində olan dolmanın altında sellofana bükülərək gizlədilmiş, 8.328 qram marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib.

Milli.Az




Teqlər:  Təcridxanaya keçirilən dolmanın içərisində narkotik aşkarlandı FOTO



RƏYLƏR


Top xəbərlər