Polislər sürücüdən şübhələndi: avtomobilə baxan zaman...

Polislər sürücüdən şübhələndi: avtomobilə baxan zaman...
13:05 15 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvarda şübhəli avtomobildən 10 kiloqrama yaxın narkotik götürülüb.

Milli.Az DİN-ə istinadən bildirir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Eldar Qasımovun idarə etdiyi "Mercedes" markalı avtomobil nəzarət qaydasında saxlanılıb.
 
Sərnişini, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Əliyevin də olduğu avtomobilə baxış zamanı 9 kiloqram tiryək və 720 qram həşiş aşkar edilərək götürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/479658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR