Polisin saxladığı avtomobildən külli miqdarda narkotik tapıldı

Polisin saxladığı avtomobildən külli miqdarda narkotik tapıldı
13:14 15 Oktyabr 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

Biləsuvar polisi külli miqdarda narkotik aşkarlayıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar RPŞ əməkdaşları tərəfindən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Eldar Qasımovun idarə etdiyi “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Sərnişini - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Əliyevin də olduğu avtomobilə baxış zamanı 9 kiloqram tiryək və 720 qram həşiş aşkar edilərək götürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256630

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR