Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Araz"ın 9 potensial rəqibi bəllidi

"Araz"ın 9 potensial rəqibi bəllidi

Date: 15 October 2016 13:17

Futzal üzrə UEFA kubokunun elit-raundunun iştirakçılarından 10-u bəllidi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışa birbaşa bur mərhələdən başlayacaq 4 komandaya daha 6-sı qoşulub.

Bununla da Azərbaycan çempionu "Araz"ın 9 potensial rəqibi müəyyənləşib. Çempionumuz kimi Kosovonun "Feniks", Portuqaliyanın "Sportinq", Çexiyanın "Xrudim", Latviyanın "Nikars", Rumıniyanın "Tırqu Mureş" komandaları da əsas mərhələdə ilk iki pillədə qərarlaşıb.
 
Rusiyanın "Dinamo" və "Yuqra", İspaniyanın "İnter", Qazaxıstanın "Kayrat" klubları isə birbaşa elit-raunda qatılacaq. Daha 6 komandanın adına isə əsas mərhələnin son oyunlarında aydınlıq gələcək.
 
Qeyd edək ki, elit-raundun püşkü oktyabrın 21-də atılacaq.

Milli.Az


Tags:  Arazın potensial rəqibi bəllidi

RƏYLƏR


Top news