Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müəllimlər İnstitutunun 200 əməkdaşına ADPU-da iş verilib

Müəllimlər İnstitutunun 200 əməkdaşına ADPU-da iş verilib

Date: 15 October 2016 13:24

Azərbaycan müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirildikdən sonra pedaqoji kadrların ali məktəbdə çalışmasına şərait yaradılıb.

 

ADPU rektoru Cəfər Cəfərov APA-ya açıqlamasında deyib ki, Azərbaycan Müəllimlər İnstitutunun təxminən 200 nəfər işçisi artıq universitetdə çalışır.

 

Onun sözlərinə görə, hələlik bəzi işçilər işsiz qalıb: “Onların hamısının işlə təmin olunması ilə bağlı öhdəliyimiz var. Azərbaycan Müəllimlər İnstitutunun prorektorlarından biri Pedaqoji Universitetdə Tədris şöbədə bölmə rəhbəri, digəri isə Təsərrüfat şöbəsinin müdiri olub. Orada olan rəhbər şəxslərin böyük əksəriyyəti işlə təmin edilib. İşlə təmin olunmayan hissə yalnız bakalavr təhsili olan şəxslərdir. Onlara uyğun iş ali məktəbdə azdır, çünki universitetdə çalışmaq istəyən şəxslərin magistr təhsilinin olması arzulanır”. 


Tags:  Müəllimlər İnstitutunun 200 əməkdaşına ADPU-da verilib


RƏYLƏR


Top news