Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda avtomobil tələbə qızı vurdu: sürücü qaçdı

Bakıda avtomobil tələbə qızı vurdu: sürücü qaçdı

Ölümdən son anda belə qaçdı - VİDEO (22 Mart 2017 03:33)
Bakıda sərxoş piyadanı avtomobil vurub qaçdı (20 Mart 2017 09:58)
Bakıda tələbə qız qaçırıldı (19 Mart 2017 18:05)

Tarix: 15 Oktyabr 2016 13:47

Bakıda kollec tələbəsini avtomobil vurub.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Balaxanı qəsəbəsi 6-cı Mədən ərazisində baş verib.
Azərbaycan Dövlət Pedaqoji Kollecinin 2-ci kurs tələbəsi, 1997-ci il təvəllüdlü Qululu Aytac Taryel qızı dərsdən evə qayıdan zaman naməlum avtomobil onu vurub. Tələbəni vuran sürücü hadisə yerindən qaçıb. 

Qəsəbə sakinləri tələbə qızı yaralı vəziyyətdə 6-cı Mədən ərazisindəki 11 nömrəli evin qarşısında görüblər. O, dərhal təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hadisə nəticəsində A.Qululu kəllə-beyin travması alıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

İlkin ehtimala görə, naməlum avtomobilin sürücüsü A.Qululunu vurandan sonra onu yaralı vəziyyətdə evin qarşısına qoyub hadisə yerindən uzaqlaşıb. Çünki 11 nömrəli evin sahibinin hadisədən xəbərsiz olduğu ortaya çıxıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Milli.Az


Teqlər:  Bakıda avtomobil tələbə qızı vurdu sürücü qaçdı



RƏYLƏR


Top xəbərlər